hyon

Cənubi Koreyanın milli müdafiə naziri Kim Yon Hyön ötən gecə hərbi vəziyyətin elan edilməsi və paytaxt Seula xüsusi texnika yeridilməsi qərarına görə hökumətdən və xalqdan üzr istəyərək istefa verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı yerli “Kyunghyang Shinmun” agentliyi yayıb.

Nazir baş verənlərə görə məsuliyyəti bilavasitə özünün daşıdığını vurğulayıb:

“Mən ölkəmizin milli müdafiə naziri kimi paytaxtda yaşanan hadisələrə və hərbi vəziyyət elan edərək, vətəndaşlarda narahatlığın yaranmasına səbəb olduğuma görə hər kəsdən üzr istəyirəm. Hərbçilər həmin gün məhz mənim göstərişlərim əsasında addım atıblar. Bu səbəbdən də artıq istefa ərizəmi müvafiq qaydada Parlamentə təqdim etmişəm”.

Qeyd edək ki, ölkədə hərbi vəziyyət elan edildikdən sonra ötən gecə paytaxt Seulun küçələrinə hərbi texnika yeridilib, helikopterlər isə səmada patrul fəaliyyətinə başlayıb.

Ardınca, ölkənin müxalifətdəki Demokratik Partiyasının lideri Li Cje Mön hərbi vəziyyət rejiminin tətbiqini konstitusiyaya zidd addım adlandıraraq, əhalini parlament binasının önündə toplaşmağa çağırıb.

Bu gün isə Parlament fövqəladə vəziyyət rejiminin ləğv olunması barədə qərar çıxarıb.

Xatırladaq ki, konstitusiyaya görə, nazirin istefa qərarını parlament təsdiqləməlidir.

***08:15

Cənubi Koreya prezidenti Yoon Seok-Yeol administrasiyasının rəhbərləri, o cümlədən onun baş katibi ölkədə hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət fonunda istefa verib.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Prezident administrasiyasının yüksək rütbəli üzvləri, o cümlədən baş katib dekabrın 4-ü səhər kollektiv şəkildə istefaya getdiklərini bəyan ediblər”, – nəşr yazır.

Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının” zəruriliyi ilə izah edib, jurnalistlər isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.

Bunun fonunda Seulun mərkəzində vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma baş verib. Ölkə parlamenti də öz növbəsində iclas keçirərək hərbi vəziyyətin ləğvinə səs verib. Müvafiq məzmunlu qətnaməni tədbirdə iştirak edən 190 deputatın hamısı dəstəkləyib. Daha 110 deputat müzakirədə iştirakdan imtina edib.

Yoon Seok-yeol daha sonra bəyan edib ki, o, qarşıdakı kabinet iclasında ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı ləğv etmək niyyətindədir.

Paylaş: