Lopezi Ermənistana o gətirirmiş – Əvvəlcə pul tapılmayıb, lakin…

Lopezi Ermənistana o gətirirmiş - Əvvəlcə pul tapılmayıb, lakin...

“Amerikalı müğənni və aktrisa Cennifer Lopez Ermənistana gələcək, lakin konsertin təşkilinin təfərrüatlarını hətta elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan da bilmir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, müğənninin dünya turu çərçivəsində İrəvana səfəri fikri ilk dəfə ortaya atılanda, konserti maliyyələşdirəcək sponsor tapmaq mümkün olmayıb. Çünki hesablamalar zamanı çox yüksək məbləğə ehtiyac olduğunu bildirilib. Ermənistandakı heç bir tədbir təşkilatçısı bu məsələdə məsuliyyəti üzərinə götürmək istəməyib, çünki ortalama 1 milyon dollar lazım olub.

Qəzetin öz mənbələrinə istinadən əldə etdiyi məlumata görə, Ermənistanda sponsor tapa bilməyən Lopezin komandası erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyana müraciət ediblər. Beləliklə Kardaşyan bütün xərclərin qarşılanmasını üzərinə götürüb, lakin hələ də konsertin necə təşkil olunacağına dair detallar məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az