GettyImages 2217287061

Amerikalı müğənni Cennifer Lopezin pərəstişkarları ErmənistanGürcüstan sərhəddinə toplaşıb.

Globalinfo.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, qonşu ölkə vətəndaşları ifaçını görməyə böyük qruplar şəklində gəlirlər.

Bildirib ki, keçid məntəqəsindən keçmək azı iki saat çəkir.

Qeyd edək ki, Lopez bazar günü, avqustun 3-də İrəvanda çıxış edəcək.

Ermənistan paytaxtının vitse-meri Armen Pambukçyan hökumətinin amerikalı estrada ulduzunun konsertinin təşkili üçün 7 milyon dollar ayırdığını bildirib.

Paylaş: