Çempionlar Liqasında mühüm dəyişiklik

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün reqlamentində dəyişikliklər edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Yeni dəyişikliyə əsasən, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək.

Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup formatında deyil, liqa formatında keçiriləcək.