Cəlilabadda minik avtomobili aşıb – 5 nəfər yaralanıb

Cəlilabadda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki,  onların hamısı Cəlilabad rayon sakinləridir.

Qəza nəticəsində 2006-ci il təvəllüdlü Q.Məmmədov, 1993-cü il təvəllüdlü A.Hüseynov, 1999-cu il təvəllüdlü R.Məmmədov, 1997-ci il təvəllüdlü M.Məmmədov və daha bir nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.