torpaq surusmesi

Cəlilabad rayonu, Göytəpə şəhərində Göytəpəçayın kənarında torpaq sürüşməsi fəallaşıb.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, bir neçə ev və obyekt üçün təhlükəli vəziyyət yaranıb.

Bir neçə gün ərzində yağan intensiv yağışlar sürüşmə fəallığını daha da artırıb. Artıq fərdi yaşayış evlərinin divarlarında iri çatlar meydana gəlib.

Sakinlər problemdən çıxış yolunun çay kənarında sahilbərkitmə işlərinin aparılmasında görürlər.

Qeyd edək ki, sürüşmə zonasına Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxış keçirilib.

703eff7f 4ebe 346b 8010 25240530e569 861c12d0 8443 3394 984e 4e9a634d9b1a 850

Paylaş: