Cəlilabadda özünü yandıran qazi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Cəlilabad rayon sakini, 44 günlük Vətən müharibəsi iştirakçısı Elnur Əliyev rayon İcra Hakimiyyətinin (RİH) binasında özünü yandırıb.

Qazinin son durumu ilə bağlı Globalinfo.az-a TƏBİB-ə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Elnur Əliyevə III dərəcəli termiki yanığı diaqnozu təyin edilib:

“9 iyul 2024-cü il tarixində saat 14:55 radələrində 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona boyun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir”.

Zaira Akifqızı
Globalinfo.az