Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verən cinayətin bəzi təfərrüatları məlum olub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın Cənub bürosu xəbər verir ki, 52 yaşlı Azər Baxşiyev son dövrlər Bakı şəhərində, övladlarının yanında yaşayırmış.
Hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev onunla əvvəlcədən əlaqə saxlayaraq Cəlilabad rayonuna gəlməsində israr edib.
Rayona qayıdan A.Baxşiyev İ.Babayevlə görüşüb və aralarında mübahisə yaranıb. Bu zaman İ.Babayev A.Baxşıyevə bıçaq zərbəsi vuraraq onu ağır yaralayıb.
A.Baxşıyev xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
O da qeyd olunur ki, tərəflər arasında qohumluq əlaqələri var. İlkin versiyaya görə, hadisənin ailədaxili mübahisə zəminində baş verdiyi istisna edilmir.
***16:06
Cəlilabadda qətl törədilib.
Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonunda 52 yaşlı Azər Baxşiyev kəsici alətlə aldığı xəsarətdən xəstəxanada ölüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, İbrahim Babayev Azər Baxşiyevin kürəkənidir. O, qayınatasını ürəyindən bıçaqlayıb.
Araşdırma aparılır.