Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı artıb.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, “VAZ-2106” markalı minik avtomobilinin “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində xəsarət alanların sayı beş nəfərə çatıb.
Xəsarət alanlar – Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.