Cəlilabadda 2 ayda 2222 nəfərə qızılca peyvəndi vuruldu

Cəlilabad rayonunda noyabr ayından bugünədək 446 nəfər qızılcaya yoluxub.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, onlardan 18 yaşdan kiçiklər 290 nəfər, 18 yaşdan böyüklər isə 156 nəfər təşkil edir.

Hazlrda aktiv xəstə sayı 48 nəfərdir. Xəstələrdən 5-i stasionar şəraitdə müalicə olunur.

Rayon üzrə son iki ayda QPM peyvəndi vurulan uşaqların sayı 2 222 nəfərdir. Ötən gün QPM peyvəndi 22 azyaşlıya vurulub.

Qeyd edək ki, yanvarın 31-də 5 nəfər bu virusa yoluxub.