ce43f558 3864 40ef adec fabb1ffe93bb

Cəlilabad rayonunun Seyidbazar kəndində inanclı insanların uzun illərdən bəri ziyarət etdiyi ərazidə müəmmalı qazıntı işləri aparılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kənd sakinləri 100 ildən artıqdır inanc yeri kimi tanınan məkanda torpağın qazıldığını aşkar ediblər. Oradan sümük qalıqlarının çıxdığını deyirlər.

Məlumata görə, ərazi rəsmi olaraq dövlətin tarixi-mədəniyyət abidələri siyahısında olmasa da, yerli əhali üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Qazıntını kimin aparması hələlik məlum deyil. Diqqətçəkən məqam isə odur ki, ziyarətgahda sakinlərin qoyduğu nəzir və maddi vəsaitlərə toxunulmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

e661c3a1 2f71 4a3f 8d15 91cc8beb1577
b784bc3d 993a 4d12 be50 b9e6447ccb7d
bfc9d229 270e 4f49 9a27 f242bea5095c
f04baf13 e391 42d8 85fb d30b108fe3ba
4c6ed420 a665 46c1 b010 f79e9ce48baf

Paylaş: