Cəlilabad və Biləsuvarın bəzi əraziləri bu səbəbdən işıqsız qaldı

Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü külək əsir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, axşam saatlarından etibarən əsməyə başlayan güclü külək insanlar arasında təşvişə səbəb olub.

Belə ki, son bir neçə saat ərzində Cəlilabad təcili tibbi yardım stansiyasına 10, Biləsuvar təcili tibbi yardım stansiyasına isə altı çağırış daxil olub. Bu da əvvəlki normal çağırışlardan təxminən iki dəfə çoxdur.

Faktiki hava şəraiti səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Digər fəsadların olub-olmaması araşdırılır.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.