kulek 1

Şimal bölgəsində müşahidə olunan güclü külək Xızıda böyük dramaturq Cəfər Cabbarlının ev muzeyinin damının bir hissəsini uçurub.

Globalinfo.az xəbər verir ki, yerli sakinlərin “Bizim.media”ya bildirdiyinə görə, hazırda muzey ciddi təhlükə altındadır. Təmirdən yeni çıxmış otaqlar və bəzi eksponatlar məhv olmaq təhlükəsi ilə üz-üzədir.

C.Cabbarlı muzeyinin direktoru Həcər Rəsulova da faktı təsdiqləyib. O bildirib ki, imdadlarına çatacaq bir şəxs yoxdur.

Qeyd edək ki, Şimal bölgəsində son günlər əsən güclü külək bir sıra ciddi fəsadlar törədib. İki gündə bu bölgədə yüzə yaxın yaşayış məskəni işıqsız qalıb. Hazırda müvafiq qurumların əməkdaşları fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

1673676315 photo 2023 01 14 09 19 171673676315 photo 2023 01 14 10 03 531673676331 photo 2023 01 14 09 19 151673676336 photo 2023 01 14 09 19 11

Paylaş: