210766 0.jpeg

Çeçenistan lideri Ramzan Kadırov respublikadan İrana göndərilən bölmələr barədə yayılan xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat siyasətçinin Teleqram kanalında dərc olunub.

“İnternetdə çeçen bölmələrinin Amerikanın quru hücumunu dəf etmək üçün İrana doğru irəlilədiyi barədə məlumatlar yayılıb. Əgər İran yalnız ABŞ və İsraillə döyüşsəydi, bu, çox güman ki, baş verə bilərdi. Amma onlar həm də qardaşlarımıza hücum edirlər”, – deyə o yazıb.

Kadırov İrana dəstəyini ifadə etsə də vurğulayıb ki, Tehranın Körfəz ölkələrindəki mülki hədəflərə hücumları yolverilməzdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: