Cəbhəyə göndərilən 12 min əsgər Yeli təşvişə saldı

“Şimali Koreya və Rusiya arasındakı hərbi əməkdaşlığa qarşı tədbirlər görülməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yun Sok Yel deyib.

“Şimali Koreya və Rusiya milli təhlükəsizliyimizə əhəmiyyətli təhdiddir. Biz bütün əks tədbir ssenarilərini nəzərdən keçiririk”, – o bildirib.

Prezident vurğulayıb ki, Cənubi Koreya ABŞ-la müttəfiqlik sayəsində Şimali Koreyanın nüvə təhdidlərinə qarşı fəaliyyətini gücləndirib.

Qeyd edək ki, bundan öncə Şimali Koreyanın Ukraynada döyüşmək üçün 12 min əsgər göndərdiyi bəlli olub. Qərb mətbuatı Pxenyanın bu addımı Rusiyanın Cənubi Koreya ilə müharibə halında Şimali Koreyanı müdafiə edəcəyi öhdəliyi götürməsi qarşılığında atdığını yazıb.

Əliyar Xəlil
Globalinfo.az