Cəbhədə vəziyyət pisdir – Papikyan

“Cəbhədə vəziyyət bizim istədiyimiz kimi deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan Milli Asambleyada çıxışı zamanı deyib.

O bildirib ki, vəziyyətin düzəldilməsi üçün əllərindən gələni edirlər:

“Xüsusilə sentyabr hadisələrindən sonra yeni cəbhə xəttində tam təchizata ehtiyac var. Orduda çox böyük işlər görülməlidir və mən bununla bağlı bütün öhdəliklərimi yerinə yetirməyə çalışacağam”.

Nazir ölkənin baş naziri Nikol Paşinyanın 44 günlük müharibədə məğlubiyyətin səbəbi kimi ordu daxilindəki “5-ci kolon”un olmasını iddiasının doğru olduğunu söyləyib:

“Əgər orduda problemlər, rəzilliklər varsa və müxalifət hər gün bu haqda danışırsa, səbəbi sistemin, dövlətin zəifliyi kimi əsaslandırılır. Bəs dövləti kim zəiflədir? “5-ci kolon”un fəaliyyəti vətənə xəyanətdir. Əgər bir insan satqındırsa, onu başqa cür necə adlandırmaq olar? Xainlərin orduda yeri olmamalıdır”.

Ayşən Mustafa
Globalinfo.az