nazir

“Ukraynada çağırış yaşının azaldılması hazırda nəzərdən keçirilmir, lakin hər şey cəbhə xəttindəki vəziyyətdən asılıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müavini Pavlo Palisa “Channel 24″ə müsahibəsində deyib.

“Bu məsələ hətta risk qiymətləndirməsi səviyyəsində belə qaldırılmır”, – deyə o bildirib.

O, eyni zamanda qadınların məcburi səfərbər edilməsi ehtimalını təkzib edib.

Palisanın sözlərinə görə, bu, könüllülük əsasında ola bilər.

O xatırladıb ki, həm qadınlar, həm də kişilərin eyni şərtlər altında müqavilələr imzalaması mümkündür.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: