Ukrayna hərbçiləri səhvən rus mövqelərinə göndərilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Məlumata görə, bu hal Donetsk vilayətinin Krasnoarmeysk (ukraynaca – Pokrovsk) şəhəri istiqamətində yaşanıb. Rusiya ordusunun “Mərkəz” qruplaşmasının “Veles” ləqəbli kəşfiyyatçısı bildirib ki, Ukrayna hərbçiləri tez-tez Rusiya mövqelərinə qədər irəliləyirlər.
“Ukrayna Silahlı Qüvvələri cəbhə xəttinə dair dəqiq məlumatın olmaması səbəbindən əsgərləri səhvən Rusiya ordusunun mövqelərinə göndərir”, – o deyib.
Əliyar Xəlil
Globalinfo.az