Çaylarda daşqın olacaq – Əhaliyə xəbərdarlıq edildi

Hava şəraiti haqqında növbəti məlumat yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 15-i günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, 15-dən 16-sı gündüzədək isə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında mayın 16-sı gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimalı var.