Çavuşoğludan Baydenin “soyqırım” iddiasına REAKSİYA

Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenə səhnədədir. Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib.

“Türk xalqına tarix dərsi vermək heç kəsin həddi deyil”, – o bildirib.

Xatırladaq ki, Bayden 1915-ci il hadisələrini “soyqırım” kimi qiymətləndirmişdi.