Çavuşoğlu NATO XİN başçılarının toplantısına qatılacaq?

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Osloda keçirləcək NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveç xarici işlər nazirinin sözçüsü bildirib.

Daha əvvəl İsveçin xarici işlər naziri Tobias Billstrom SVT telekanalına deyib ki, o, iyunun 1-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Osloda NATO xarici işlər nazirlərinin toplantısında görüşəcək, lakin daha sonra İsveç XİN sözçüsü: “Ancaq bizə Türkiyənin xarici işlər nazirinin gəlməyəcəyi barədə məlumat verildi, ona görə də orada heç bir görüş olmayacaq”, – deyə açıqlama verib və əlavə edib ki, XİN başçıları arasında görüş “tezliklə” baş tutacaq.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü Türkiyə və Macarsıtan tərəfindən ratifikasiya olunmayıb. Planlaşdırılan görüşdə İsveçin NATO-ya üzvlüyü məsələsi müzakirə olunacaq.