thumbs b c d7af4a2bcea86663a9cf891c8ab3490d

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin yeni xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunur ki, nazir Çavuşoğlu həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.

Çavuşoğlu Fələstin məsələsi ilə bağlı Türkiyənin həssaslığını və gözləntilərini Kohenə xatırladıb və bu kontekstdə İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə qarşı hərəkətini qəbuledilməz hesab etdiyini vurğulayıb.

Bundan əlavə, iki nazir ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün əməkdaşlığa dair razılığa gəlib.

Paylaş: