Çavuşoğlu İsrail və Fələstin XİN başçıları ilə danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fələstinli həmkarı Riad Malki ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı əl-Əqsa məscidində baş verən hadisələr müzakirə olunub. Çavuşoğlu Türkiyənin hər zaman Fələstinin yanında olacağını vurğulayıb. O, Türkiyənin gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Çavuşoğlu israilli həmkarı Eli Kohenlə də telefon danışığı aparıb. Koen özünün sosial media hesabında qeyd edib ki, İsrail hər kəsin dininə hörmət edir. “Lakin biz vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün istənilən terror hücumlarına sərt cavab verəcəyik”, – o qeyd edib.