Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq

İnşallah, Ermənistan da ağıllanar və onun da ərazisindən keçəcək nəqliyyat dəhlizlərindən faydalanar.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxlamaqla sabitlik qovuşa bilməyəcəyini gördü: “Amma biz Türkiyə və Azərbaycan olaraq sülh əlimizi uzatdıq. Azərbaycan əhatəli bir sülh müqaviləsi təklif edib, müzakirələrin isə nəticəyönümlü olması lazımdır”.