cavusoglu el 11

“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”.

Globalinfo.az xəbər verir ki, bunu Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Azərbaycana gəlib:

“Gürcüstan isə strateji müttəfiqimizdir”.

Çavuşoğlunun sözlərinə görə, Xəzər keçidli Şərq-Qərb dəhlizinin əhəmiyyəti hər ötən gün artır.

Nazir söyləyib ki, Azərbaycanın işğal altındakı torpaqlaırnı azad etməsi yeni fürsətlər yaradıb:

“Sınaqların fərqindəyik. Vaxt itirmək niyyətimiz yoxdur”.

Paylaş: