Çavuşoğlu Blinkenlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək – YENİLƏNDİ

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə türkiyəli nazir həmkarı ilə birgə mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, tərəflər, həmçinin, Suriya, Ukrayna və Şərqi Aralıq dənizi ətrafında da fikir mübadiləsi aparacaq.

Çavuşoğlu, F-16 qırıcılarının Türkiyəyə tədarükünün NATO və ABŞ üçün də vacib məsələ olduğunu vurğulayıb.

***23:11

Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda bildirilib ki, görüş Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində keçirilir və bir sıra regional məsələlər, o cümlədən F-16 qırıcılarının Türkiyəyə tədarükünün müzakirə olunacağı gözlənilir.

Görüş zamanı Çavuşoğlu Türkiyə və ABŞ-nin NATO çərçivəsində terrorla birgə mübarizə aparmaqlarının vacibliyindən də söhbət açacaq.