Cavanşir Məmmədovdan sərt sözlər: “Bağışlasam, atama lənət”

 

Əməkdar artist Cavanşir Məmmədovun aparıcı Lalə Azərtaşın ondan üzr istəməsini tələb etməsi haqda xəbərlər yayılıb. Bu, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Maraqlıdır, doğrudanmı C.Məmmədov belə bir tələb irəli sürüb?

Globalinfo.az Əməkdar artistlə əlaqə saxlayıb.

O, xəbəri təsdiq edib:

“Bəli, Lalə Azərtaş məndən və ailə üzvlərimdən efir vasitəsilə üzr istəməlidir. O bizim şərəf və ləyaqətimizi alçaldıb. L.Azərtaş efirdə demişdi ki, Mustafa dələduz deyil, əgər hakimin qərarı ilə həbs olunarsa, o zaman çıxıb “Təsir dairəsi” verilişində Mustafa İbli Kəmalın dələduz olduğunu deyəcək. Bunu efir vasitəsilə deməyə söz verib! Bazar ertəsi verilişləri başlayır, çıxıb verdiyi sözə əməl etsin. Lalə reytinq xatirinə məni qurban verir. Üzr istəyəcək, istəyəcək, istəməsə, bağışlasam, atama lənət. Çıxıb səhvini etiraf etsin, tamaşıçılardan da, ailəmdən də, məndən də üzr istəsin”.

Zaira Akifqızı
Globalinfo.az