Polish 20240520 182144059

Bu gün saat 17:00-dan etibarən Bakının mərkəzi hissəsinə yaxın ərazidəki Cavanşir körpüsünün söküntüsünə start verilib.

Globalinfo.az-ın əməkdaşı söküntü aparılan yerdə olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli saytımıza deyib ki, artıq ərazidə hərəkət məhdudlaşdırılıb:

“Əraziyə xüsusi ağır texnikalar cəlb olunub və söküntü işləri həyata keçirilir. Ümumilikdə söküntü işləri və layihənin reallaşdırılmasının təqribən 4-5 aya tam olaraq yekunlaşdırılması planlaşdırılır. Aidiyyəti qurumlar tərəfindən layihənin reallaşdırılması razılaşdırılma mərhələsindədir. Bununla bağlı yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

IMG 20240520 WA0021 IMG 20240520 WA0038 IMG 20240520 WA0037   IMG 20240520 WA0030

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: