Rusiya Prezidenti Vladimir Putin bəzi ölkələrin nüvə sınaqlarına hazırlaşdığını iddia edib.
Globalinfo.az xəbər verir ki, o, Moskvanın buna cavab verməyə tam hazır olduğunu bildirib.
“Kimsə bu testləri hazırlayır. Biz bunu görürük, bilirik. Əgər bu baş versə, biz də eyni şeyi edəcəyik”, – o qeyd edib.
Rusiya lideri vurğulayıb ki, ölkəsi ən müasir nüvə arsenalına sahibdir və bu silahlar texnoloji baxımdan dünyada ən qabaqcıl sistemlərdən sayılır.
Putin əlavə edib ki, Rusiyanın əlindəki taktiki nüvə silahları 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış bombalardan dəfələrlə güclüdür.
Tahir Turan
Globalinfo.az