Canlı yayıma silahlı basqın: aparıcını… – Anbaan VİDEO

Uzun müddətdir təhlükəsizlik böhranı yaşayan Ekvadorda maskalı silahlı dəstə üzvləri dövlət televiziyasına basqın ediblər.

Globalinfo.az xəbər verir ki, cinayətkar kartelin üzvləri jurnalistləri və kanalın digər əməkdaşlarını girov götürüblər.

Cinayətkarlar diktorun cibinə dinamit qoyaraq onu silahla təhdid ediblər. Baş verənlər anbaan canlı yayımda kameralara düşüb.  Görüntülərdə silahlı dəstə üzvlərinin televiziya əməkdaşlarını döydükləri əks olunub.

Əliyar Xəlil,

Globalinfo.az