e6DN6hgkb8qDkrKH9kJPKiOqqg1JqUOD31SJYM35 1200 10

Türkiyənin “Haber Global” telekanalının canlı yayımı zamanı Livanın paytaxtı Beyrutda güclü partlayışlar qeydə alınıb.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, telekanal şəhərdəki son vəziyyət barədə reportaj hazırlayan zaman kameralar Beyrutun müxtəlif bölgələrində baş verən partlayışları qeydə alıb.

Kadrlarda, xüsusilə, şəhərin cənub rayonları üzərində qalxan sıx tüstü buludları aydın görünür. Görüntülərdə partlayışların ardıcıl şəkildə baş verdiyi müşahidə olunur.

Partlayışların səbəbi və mümkün itkilər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Paylaş: