Saxta “milli qəhrəman” Qarabağdan qaçdı – VİDEO

Bir müddət əvvəl Qarabağda mübarizə aparacağını deyən, daha sonra geri çəkilən erməni polkovnik, “Kox” ləqəbli saxta “milli qəhrəman” Karen Calavyan Qarabağdan qaçıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində görüntü yayılıb.

Calavyanın artıq Gorusda olduğu bildirilir.

Qeyd edək ki, sentyabrın 26-sı sosial şəbəkələrin erməni seqmentində Calavyanın Ağdərədən çıxmayacağı və döyüşəcəyini açıqladığı iddia edilib. Daha sonra o, adından yayılan məlumatları təkzib edib, elə fikir səsləndirmədiyini deyib.

Ayşən Mustafa
Globalinfo.az