Səfir Cahit Baxçı şəhid Orxan Əsgərovun yas mərasimində – FOTOLAR

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.

Globalinfo.az bildirir ki, bunu diplomat tviterdə yazıb.

“Hərbi atəşemiz, müşavirimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərovun yas mərasimində iştirak etdik, onun atası Rizvan Əsgərov, əmisi və yaxınlarına başsağlığı verdik”, – səfir vurğulayıb.

O qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanındadır.

Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasiminə gedib - FOTO Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasiminə gedib - FOTO