Cahit Bağçı Səməd Seyidovla görüşdü

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.

Globalinfo.az bildirir ki, bu barədə Səməd Seyidov X sosial şəbəkəsində paylaşım edib.

“Əziz dostumu qəbul etməkdən məmnun oldum. Biz geniş ikitərəfli və çoxtərəfli əlaqələri, ittifaqımızın üstünlüklərini və son qarşılıqlı səfərləri müzakirə etdik”, – deyə Səməd Seyidov bildirib.