Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı təbii fəlakətdən zərər görmüş qardaş ölkəyə göstərilən dəstəkdən dolayı ölkəmizə təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, o, xalqımıza minnətdarlığını bu cür ifadə edib:
“Dərdimizi dərdi bilən, ölkəmizlə həmrəylik göstərib dəstək verərək tək ürək olan Azərbaycan!”, – diplomat tviter səhifəsində yazıb.
Acımızı acısı bilen, ülkemizle dayanışma gösterip destek vererek #TekYürek olan can Azerbaycan!🇹🇷🇦🇿 pic.twitter.com/JTWTUkw3Fr
— Cahit Bağcı (@cahitbagci) February 7, 2023