Azərbaycan 100 milyon ayırdı, səfir təşəkkür etdi – FOTO

Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı zəlzələ ilə bağlı yardımı üçün Azərbaycana təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb.

“Avropa Komissiyası tərəfindən ölkəmizdə və Suriyadakı güclü zəlzələlərdən sonra təşkil olunan Beynəlxalq Donorlar Konfransında 100 milyon dollar ev, dövlət və təhsil binaları inşası üçün ianə verən can Azərbaycana və bütün donor ölkələrə təşəkkürümüzü bildiririk”, – deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Azərbaycan “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan edib.