Buzovnada bir ailənin 4 üzvü bıçaqlandı, ata-oğul öldü – YENİLƏNDİ

Xəzər rayonu, Buzovna qəsəbəsində bir ailəyə edilən hücum nəticəsində xəsarət alanlardan daha biri vəfat edib.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, bıçaqlanma nəticəsində hadisə yerində vəfat edən Elbrus Muradovun oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov da tibbi müdaxilələrə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Digər xəsarət alan şəxslərin isə xəstəxanada müalicəsi davam etdirilir.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

***

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri – 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.