Türkiyə milli komandasının Dünya Çempionatı-2026-da ardıcıl ikinci məğlubiyyəti onun qrupda axırıcı yeri tutması ilə nəticələnib. Ay-ulduzlu komanda ilk turda Avstraliyaya 0:2, bu gün isə Paraqvaya 0:1 hesabı ilə uduzub.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, TRTspor Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülərin Paraqvayla oyundan sonrakı açıqlamasını yayıb.
“Utanırıq. Bütün xalqımızdan üzr istəyirik. Çox böyük klublarda oynayırıq və bunu meydanda göstərməliyik. İki oyunda qol vura bilmədik. Milli komanda karyeram boyunca bu turniri unutdurmaq üçün əlimdən gələni edəcəyəm. Xalqımızdan üzr istəyirik”.