İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibaf ölkəsinin istənilən təcavüzə sərt cavab verməyə hazır olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkəsində paylaşımında bildirib. O qeyd edib ki, İranın silahlı qüvvələri mümkün hücumlara dərs öyrətmə yolu ilə cavab verməyə hazırdır.
“Səhv strategiya və səhv qərarlar həmişə səhv nəticələr verəcək. Bunu artıq bütün dünya başa düşüb”, – deyə o qeyd edib.
İran rəsmisi əlavə edib ki, Tehran bütün ssenarilərə hazırdır:
“Biz bütün variantlara hazırıq, onlar təəccüblənəcəklər”, – deyə Qalibaf vurğulayıb.
Tahir Turan
Globalinfo.az