Azərbaycanın müharibədən xilas etdiyi rus məşhurlar Bakıda konsert verəcəklər

295264 9lw1red3st

“Çaykovski adına simfonik orkestrin bütün musiqiçiləri İrandan Azərbaycana təxliyə edilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Teleqram kanalında məlumat verib.

Lyubimovanın sözlərinə görə, sərhədi keçməyə kömək edənlər arasında diplomatlar, Rusiyanın Tehran və Bakıdakı səfirliklərinin əməkdaşları, həmçinin Azərbaycan və İran rəsmiləri də olub.

“Belə çətin vəziyyətdə köməyə görə minnətdarlıq əlaməti olaraq Bakıda konsert vermək qərarına gəldik. Tədbir iyunun 16-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq”, – o, bildirib.

***20:53

Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçiləri İrandan Azərbaycana təxliyə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə RF mədəniyyət naziri Olqa Lyubimova məlumat yayıb.

“Bu gün Pyotr İlyiç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçdilər. Dünən isə eyni marşrutla Fyodor Bondarçukun çəkiliş qrupu İranı tərk etdi. Hamı sağ-salamatdır!” – nazir yazıb.