“Biz Rusiya ilə konfliktə girmirik”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqton səfəri ərəfəsində jurnalistlərə açıqlamasında deyib.
“Bizim belə niyyətimiz yoxdur. Bu konflikti onlar başladıb, Ukraynanın isə özünümüdafiə haqqı var”, – nazir bildirib.
O həmçinin Ukraynanın Britaniya raketləri ilə Rusiyaya zərbə endirməsinə icazə verilib-verilməyəcəyinə dair sualı aydın şəkildə cavablandırmayıb. Starmer bu məsələni ABŞ Prezidenti Co Baydenlə şəxsən müzakirə edəcəyini deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Qərb raketlərindən Rusiyaya zərbə endirilməsini NATO-nun müharibədə iştirakı kimi başa düşəcəklərini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az