“Bundan sonra da Azərbaycanın yanında olacağıq” – Yaşar Güler

“Bu günə qədər olduğumuz kimi, bundan sonra da can qardaşlarımızın yanında olacağıq”.

Globalinfo.az” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.

Nazir bildirib ki, Türkiyə ilə Azərbaycanın əlaqəsi sarsılmazdır:

“Türkiyə və Azərbaycan arasında qardaşlıq bağı var. Bu sarsılmaz qardaşlıq bağı Qafqazdakı problemlərin həlli üçün önəmli qapı açıb”.