Qriqoryan: “Rusiya Ermənistanı Zəngəzur dəhlizinə görə sıxır”

“Ermənistan konstitusiyası ölkəni suveren dövlət elan edib və bu, belə də qalmağa davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“İttifaq dövləti suverenliyin pozulmasıdır, çünki bu tip dövlətdə ilk növbədə suverenlik ləğv edilir. Əminəm ki, Ermənistandakı demokratik proseslər birmənalı olaraq bu məsələnin müzakirəsi imkanlarını belə məhdudlaşdırır”, – o bildirib.

Belarus səfirinin ittifaq dövləti barədə bəyanatını xatırladan Qriqoryan Ermənistana bu istiqamətdə təzyiqlərin olduğunu və onun hərbi xarakter daşıya biləcəyini söyləyib:

“Təbii ki, Ermənistana buradan da təzyiqlər gəlir. Demokratiya və demokratik sistem buna müqavimət göstərəndə başqa cür, o cümlədən hərbi xarakterli təzyiqlər olur”.

A.Qriqoryan vurğulayıb ki, Ermənistanın strateji müttəfiqi Rusiya İrəvanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə məcbur edir.