Bulvarda “Ayselini axtaran” şəxslə bağlı qərar verildi – VİDEO

Dənizkənarı Milli Parkda ərazisində gənc oğlanın “Ayselim” deyərək qışqırması ilə bağlı görüntülər yayılıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, o, bir neçə dəfə qışqıraraq kənddən Aysel adlı sevdiyi qızı axtardığına görə gəldiyini bildirib və nalayiq ifadələr işlədib.

Onun hərəkəti ətrafda istirahət edənlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Dənizkənarı Milli Park ərazisində uca səslə nalayiq ifadələr işlədən şəxslə bağlı vətəndaş müraciətləri daxil olub:

“Psixoloji problemləri olan 1997ci il təvəllüdlü M.Abbasov 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib”.