Bulvarda 38 yaşlı qadın özünü dənizə atdı – VİDEO

Dənizkənarı Milli Park ərazisində 38 yaşlı qadın özünü dənizə atıb.

Globalinfo.az xəbər verir ki, qadın FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

O, təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

FHN-dən bildirilib ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1985-ci il təvəllüdlü C.Əliyeva dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.