Builki icmal büdcəsində 7 milyard manatdan çox qalıq yaranıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 29 719,8 milyon manat, xərcləri isə 22 569,6 milyon manat təşkil edib.

Globalinfo.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,1% və 16% çoxdur.

Son nəticədə icmal büdcədə 7 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.