Israel Prime Minister Benjamin Netanyahu addresses US Congress Washington DC July 24 2024

İsrail ordusu Suriya sərhədindəki bufer-zonaya müvəqqəti olaraq nəzarət edəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“İsrail cihadçı qrupların bu boşluğu doldurmasına və 7 oktyabr hücumları formasında Qolan təpələrində İsrail yaşayış məntəqələrinə təhlükə yaratmasına icazə verməyəcək. Bu səbəbdən ordu-bufer zonaya daxil olaraq, İsrail sərhədinə yaxın strateji yerləri nəzarətə götürüb. Bu, (Suriyada) 1974-cü il müqaviləsinə sadiq qüvvələr hakim olana və sərhədimizdə təhlükəsizlik təmin edilənə qədər müvəqqətidir”, – Netanyahu bildirib.

Paylaş: