Büdcə layihəsinə Naxçıvanla bağlı dəyişiklik edildi

“Naxçıvan Muxtar Respublikası ilə danışıqlar aparılıb və Muxtar Respublikadan Maliyyə Nazirliyinə məktub daxil olub, 2023-cü il dövlət büdcəsinin layihəsinə dəyişikliklər təklif edilib”.

Globalinfo.az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Azər Bayramov deyib ki, 2023-cü ilin dövlət büdcəsinin ikinci oxunuşu üçün dəyişikliklər edilib: “Naxçıvan Muxtar Respublikasının büdcəsinin 31,1 mln manat azaldılması, Naxçıvan Muxtar Respublikasının öz büdcəsinin gəlirlərinin 20 mln manat artırılması, 11,1 mln. manatın Naxçıvan Muxtar Respublikasının DTX-sının saxlanmasına, 4,1 mln. manatın Milli Məclisin saxlanılmasına, 15,9 mln. manat İsrail, Albaniya, Keniya, Fələstindəki təmsilçiliyin zəruri xərclərinin artırılmasına və Azərbaycan beynəlxalq huquq çərçivəsində xərclərin qarşılanması üçün nəzərə alınması tövsiyə olunur”.