Büdcə gəlirləri planlaşdırıldığından çox olacaq – Deputat

Bu ilin büdcə gəlirlərinin 9 aylıq icra göstəriciləri, növbəti ilə optimist ssenarinin başvermə ehtimalının yüksək olması gələn ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Təqdim edilmiş layihədə 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü illə müqayisədə 282,5 milyon manat çox – 34 milyard 173 milyon manat nəzərdə tutulub. Bunun 50,2 %-ni qeyri-neft sektorunun, 49,8 %-i isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft qaz sektorunda büdcə daxilolamalarının 1 058,2 milyon manat artması, neft qaz sektorundan büdcə daxilolmalarının isə 775,7 milyon manat azalması proqnozlaşdırılır”, – deyə o qeyd edib.