budanov 12

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov yaxın vaxtlarda Rusiya ilə münaqişənin nizamlanması üzrə danışıqlar prosesini canlandırmağın mümkün olduğunu bildirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə bağlı danışıqlarda mümkün irəliləyişdən danışmağa imkan verən müəyyən siqnallar var.

Budanov vurğulayıb ki, söhbət sülh danışıqlarının başlanmasından deyil, yalnız texniki müzakirələrdən gedir.

Qeyd edək ki, “Rezident” Teleqram kanalı K.Budanovun Moskva ilə gizli danışıqlara başladığını iddia etmişdi.

Paylaş: